Manatın devalvasiyası kredit götürənlərin sayının artmasına təsir etməyib - TƏHLİL

Manatın devalvasiyası kredit götürənlərin sayının artmasına təsir etməyib - <span style="color: red;">TƏHLİL
# 15 aprel 2015 08:44 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Azərbaycanda 2014-cü ilin fevral ayı ilə müqayisədə 2015-ci ilin eyni dövründə cəmi kredit götürənlərin sayı 17,4%, başqa sözlə, 351 479 nəfər artaraq bu ilin martın 1-nə 2 mln. 366 min 2967 nəfər təşkil edib.

APA-Economics” Azərbaycan Mərkəzi Bankının statistikasına istinadən xəbər verir ki, bunun 10 min 877 nəfəri hüquqi, 2 mln. 334 min 974-ü fiziki şəxs, 21 min 116 nəfəri sahibkarlıq subyektidir.

Statistik məlumatların təhlili göstərir ki, fiziki şəxslər arasında borcalanların sayı artır. Belə ki, 2014-cü ilin fevral ayından indiyədək daha 346 544 fiziki şəxs borcalanların siyahısına daxil olub. Hesabat dövründə borcalan hüquqi şəxslərin sayında 624 nəfər, sahibkarlıq subyektlərinin sayında isə 4 311 nəfərlik artım olub.

2015-ci ilin yanvar ayı ilə müqayisədə fevralda bankdan kredit götürən fiziki şəxslərin sayında 24 359, sahibkarlıq subyektlərinin sayında 320, hüquqi şəxslərin sayında isə 55 nəfərlik artım olub.

Bu ilin fevral ayında Mərkəzləşdirilmiş Kredit Reyestrinə (MKR) üzv təşkilatlardan 310 591 sorğu daxil olub. Başqa sözlə, ötən ilin fevral ayı ilə müqayisədə 2015-ci ilin fevral ayında Mərkəzləşdirilmiş Kredit Reyestrinə müraciətlərin sayı 43,64% artıb. Bu sorğuların 289 782-si banklar tərəfindən daxil olub. 20 809 nəfər isə öz kredit tarixçəsi barədə məlumat almaq məqsədilə kredit reyestrinə müraciət edib.

Cari ilin yanvar ayı ilə müqayisədə fevral ayının göstəricilərini təhlil edəndə məlum olur ki, ümumilikdə fiziki şəxslər tərəfindən kredit reyestrinə daxil olan müraciətlərin sayında artım var. Başqa sözlə, yanvarda 15 873 nəfər kredit tarixçəsini öyrənmək istəyib, fevralda bu göstərici 20 809-a yüksəlib. Başqa sözlə, yanvar ayı ilə müqayisədə fevralda fiziki şəxslərin sorğularının sayı 31,1% artıb.

Fevral ayına olan məlumata görə, kredit reyestrində haqqında məlumat olan borcalanların sayı 2 366 967, kredit məlumatlarının ümumi sayı isə 9 333 829 təşkil edir. Reyestrdə olan zaminlər haqqında məlumatların sayı 1 089 624-dür.

Qeyd edək ki, Mərkəzləşdirilmiş Kredit Reyestri Xidməti 2005-ci ilin martından fəaliyyət göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR