ANS-in MTRŞ-ya qarşı şikayətinə baxılıb - YENİLƏNİB

ANS-in MTRŞ-ya qarşı şikayətinə baxılıb - <span style="color: red;">YENİLƏNİB
# 05 noyabr 2015 13:49 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə -APA. Bakı Apellyasiya Məhkəməsində ANS Teleradio Şirkətinin Milli Televiziya və Radio Şurasına (MTRŞ) qarşı şikayəti əsasında məhkəmə prosesi keçirilib.

APA-nın məlumatına görə, hakim Nurəddin Mustafayevin sədrlik etdiyi iclasda apellyasiya şikayəti qismən təmin olunub. Birinci instansiya məhkəməsinin qərarı ləğv edilib. Hakim bildirib ki, qeyd olunan məsələyə 1 saylı Bakı İnzibati İqtisad Məhkəməsində yox, Bakı Apellyasiya Məhkəməsində baxılmalıdır. Buna görə də birinci instansiya məhkəməsinin çıxardığı qərar ləğv edilib və iş üzrə məhkəmə iclası noyabrın 12-nə təyin edilib.

Noyabrın 12-də Bakı Apellyasiya Məhkəməsində ANS-in MTRŞ-nın qərarından verdiyi şikayətə baxılacaq.

Qeyd edək ki, ANS apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini istəməklə yanaşı, həmin məsələyə birini instansiya məhkəməsində baxılmasının düzgün olmadığını da bildirib. Apellyasiya şikayəti həmin hissədə təmin edilib.

Xatırladaq ki, sentyabrın 30-da MTRŞ-nın iclası keçirilib. Həmin iclasda ANS televiziyasının efirində həftə ərzində bazar günü istisna olmaqla, 1-5-ci günlər (bazar ertəsi-cümə günləri), saat 07:00-dan – 10:00-dək, şənbə günü 08:00-dan 10:00-dək yayımlanan “Salam, Azərbaycan” proqramının yayımının 06 oktyabr 2015-ci il tarixindən etibarən 10 (on) gün müddətinə dayandırılması barədə də qərar qəbul edilib.

“ANS” Teleradio Şirkət MTRŞ tərəfindən verilən qərarın qanunsuz hesab edilməsi barədə iddia tələbi ilə 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinə müraciət edib.

Şikayətə 1 saylı Bakı İnzibati İqtisad Məhkəməsində baxılıb və iddia təmin edilməyib.

Bununla bağlı MTRŞ-nın aparat rəhbəri Toğrul Məmmədov APA-ya bildirib ki, bu gün məhkəmə zamanı işin mahiyyətinə baxılmayıb. T. Məmmədov bildirib ki, işin mahiyyətinə noyabrın 12-də keçiriləcək prosesdə baxılacaq: “Hakim qərar verib ki, prosesə Bakı Apellyasiya Məhkəməsində baxılmalıdır və 1 saylı Bakı İnzibati İqtisad Məhkəməsinin bununla bağlı çıxardığı qərar ləğv edilib. Faktiki olaraq hakim ANS və MTRŞ-nin mübahisəsinə harada baxılması ilə bağlı qərar çıxarıb”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR