ATƏT-in əlaqələndirici qrupu Donbas separatçıları ilə danışıqlar aparıb

ATƏT-in əlaqələndirici qrupu Donbas separatçıları ilə danışıqlar aparıb
# 23 iyul 2014 10:09 (UTC +04:00)

Bakı. Rüfət Əhmədzadə – APA. ATƏT-in Ukrayna böhranı ilə bağlı təsis etdiyi əlaqələndirici qrupun Donbas separatçıları ilə videokonfransı keçirilib.

APA-nın qurumun rəsmi saytına istinadən verdiyi məlumata görə, Ukraynanın sabiq prezidenti Leonid Kuçma, Rusiya səfiri Mixail Zurabov və ATƏT-in xüsusi nümayəndəsi Haydi Talyavininin daxil olduğu qrupun separatçılarla danışıqları zamanı Ukraynada baş vermiş təyyarə qəzasının araşdırılması üçün münasib şərtlərin yaradılması məsələsi müzakirə olunub.

ATƏT-in rəsmi saytında qeyd olunub ki, əlaqələndirici qrup bölgədə təhqiqat işləri aparan beynəlxalq ekspertlərin təhlükəsizliyindən narahatdır.

Eyni zamanda cəsədlərin və təyyarə qalıqlarının axtarışlarının uğurla davam etdirilməsi istiqamətində müzakirələr aparılıb. Məlumatda qeyd olunur ki, əlaqələndirici qrup bu danışıqlara davam etmək niyyətindədir və bu yolla bölgədəki vəziyyətin yaxşılaşmasına ümid edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR