“Expressbank” uşaqlar üçün fotomüsabiqə keçirir

“Expressbank” uşaqlar üçün fotomüsabiqə keçirir
# 18 may 2015 07:08 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. “Expressbank” 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə İnstagram və Facebook istifadəçiləri arasında “Gül, Balam” adlı fotomüsabiqə keçirir.

Bankdan “APA-Economics”ə verilən xəbərə görə, müsabiqənin şərtlərinə görə, mayın 29-dək iştirakçılar gülümsəyən uşaq şəkilləri çəkməli və #smilecard2015 haştegi ilə şəxsi İnstagram səhifələrinə yerləşdirməlidirlər.

Müsabiqə zamanı çəkilən maraqlı 10 şəkil “Expressbank”ın Facebook səhifəsində yerləşdiriləcək və “like”lar vasitəsilə səsvermə keçiriləcək. iyunun 5-də yekunlaşacaq müsabiqənin ilk 3 qalibinə müvafiq olaraq Visa Platinum + 300 manat, Visa Gold + 200 manat və Visa Classic + 100 manat təqdim olunacaq.

“Expressbank”ın xidmət şəbəkəsi 17 filialdan ibarətdir. Onlardan 12-si Bakı və Sumqayıt, 5-i isə ölkənin Gəncə, Mingəçevir, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 90-dək bankomat, 6 500-dək POS-terminal və 200-dək “ExpressPay” ödəniş terminalı var.

Bank xidmətləri barədə ətraflı məlumat üçün 132 məlumat mərkəzinə zəng edə, www.expressbank.az saytına və ya bankın rəsmi Facebook səhifəsinə www.facebook.com/Expressbank daxil ola bilərsiniz

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR