Oğurlanmış dövlət qeydiyyat nişanları ilə avtomobil idarə edən şəxs saxlanılıb

Oğurlanmış dövlət qeydiyyat nişanları ilə avtomobil idarə edən şəxs saxlanılıb
# 11 sentyabr 2014 10:05 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Oğurlanmış dövlət qeydiyyat nişanları ilə avtomobil idarə edən şəxs saxlanılıb. APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, sentyabrın 8-də Heydər İbrahimova məxsus “Hyundai” markalı avtomobildən oğurlanmış dövlət qeydiyyat nişanları üzərində olan “Daevoo” markalı avtomobilin Bakı-Şamaxı yolunda hərəkətdə olması DİN-in Təhlükəsiz Şəhər Xidməti tərəfindən aşkar edilib və görülmüş tədbirlərlə Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşları tərəfindən saxlanılıb.

Avtomobilə baxış zamanı Lənkəran rayon sakini Fuad Tağıyevə məxsus “VAZ-21099” markalı avtomobilə məxsus dövlət qeydiyyat nişanları da aşkar edilib.

Avtomobili idarə edən Bakı şəhər sakini Adil Əhmədov araşdırmalar aparılması üçün Abşeron Rayon Polis Şöbəsinə təhvil verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR