Zaqatalada bir ay əvvəl evdən gedən gənc ana üç yaşlı övladı ilə birgə geri dönüb - FOTOSESSİYA - VİDEO

Zaqatalada bir ay əvvəl evdən gedən gənc ana üç yaşlı övladı ilə birgə geri dönüb - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 10 sentyabr 2014 16:51 (UTC +04:00)

Zaqatala. Vüqar Heydərov-APA. Zaqatala rayonunda itkin düşdüyü bildirilən gənc ana üç yaşlı övladı ilə birgə geri dönüb. APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, Zaqatala rayon Polis Şöbəsi əməkdaşları tərəfindən barəsində axtarış elan edilən, 23 yaşlı Ruqiyyət Şaban qızı Quliyeva həyat yoldaşından incidiyi və ayrılmaq məqsədi ilə evdən xəbərsiz getdiyini deyib.

Qadın öncə Gəncə şəhərinə getdiyini, avqustun 8-də televiziya kanallarında barəsində axtarış elan olunduğunu eşitdikdən sonra Bakıda yaşayan rəfiqələrinin yanına yola düşdüyünü açıqlayıb. Ruqiyyət Quliyeva deyib ki, rəfiqlərinin təkidi ilə Zaqatalaya, anasının yanına geri dönmək qərarına gəlib. R. Quliyeva əməlindən peşman olduğunu bildirib.

Qeyd edək ki, Zaqatala rayon Polis Şöbəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, rayonun Car kənd sakini Samirat Nurəddin qızı Qarayeva avqustun 14-də RPŞ-yə yazılı müraciət edərək bildirib ki, Çökək kəndində ərdə olan qızı - 1991-ci il təvəllüdlü Ruqiyyət Şaban qızı Quliyeva və onun azyaşlı övladı 2011-ci il təvəllüdlü Üneysət Rövşən qızı Quliyava avqust ayının 12-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb. Avqustun 14-dən onların axtarışına başlanılıb. Samirat Qarayevanın APA-ya verdiyi məlumata bildirilib ki, qızı ailə qurduqdan sonra əri Rövşən Quliyevlə birlikdə bir müddət Rusiya Federasiyasının Perm şəhərində yaşayıb. Hazırda R. Quliyev Permdə işləyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR