“Əl-Qaidə”-nin lideri Dəməşqi ələ keçirməyə hazır olduğunu bildirib

“Əl-Qaidə”-nin lideri Dəməşqi ələ keçirməyə hazır olduğunu bildirib
# 28 may 2015 00:28 (UTC +04:00)

Bakı-APA. “Əl Qaidə”nin Suriyadakı qolu sayılan “ən-Nusra Cəbhəsi” paytaxt Dəməşqi ələ keçirməyə hazır olduğunu bildirib.

APA-nın “France 24” telekanalına istinadən verdiyi məlumata görə, bunu qruplaşmanın lideri Əbu Məhəmməd əl-Qolani bəyan edib.

“Dəməşq hədəfimizdə qalmaqdadır. Biz Bəşər Əsəd rejimini məhv etmək əzmindəyik”, deyə əl-Qolani bildirib.

O, həmçinin Suriya prezidenti Bəşər Əsədin tərəfdarlarını özlərinin təhlükəsizliyi barədə düşünməyə çağırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR