Bakıda baş verən yol qəzasında 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb - FOTO - YENİLƏNİB - VİDEO

Bakıda baş verən yol qəzasında 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb - <span style="color: red;">FOTO  - <span style="color: red;">YENİLƏNİB  - <span style="color: red;">VİDEO
# 06 iyun 2015 09:04 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakıda baş verən yol qəzasında 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb.

Bakı şəhər Təcilli Tibbi yardım Stansiyasından APA-ya verilən məlumata görə, iki minik avtomobilinin toqquşması nəticəsində yaralanan şəxslər 3 saylı Şəhər Klinik Xəstəxanasına aparılıb.

Hazırda polis əməkdaşları hadisə yerində araşdırma aparılır.

11.26

***

Bakı. Hafiz Heydərov – APA. Bakıda baş verən yol qəzası tıxaca səbəb olub.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən APA-ya verilən məlumata görə, hadisə Heydər Əliyev prospekti - Sabunçu dairəsi istiqamətində qeydə alınıb. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində yolda tıxac yaranıb.

Sürücülərə alternativ olaraq Babək və Nobel prospektlərindən istifadə etmələri tövsiyə olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR