Şamaxıda BMW yoldan çıxaraq aşıb, sürücü ölüb

Şamaxıda BMW yoldan çıxaraq aşıb, sürücü ölüb
# 23 mart 2015 12:37 (UTC +04:00)

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Şamaxı-Çöl Göylər-Padarçöl yolunun 28-ci kilometrliyində qeydə alınıb.

Çöl Göylər kənd sakini, 1984-cü il təvəllüdlü Bayramov Tacir Bayram oğlunun idarə etdiyi 56-BA-946 dövlət nömrə nişanlı, BMW markalı minik maşını yoldan çıxaraq aşıb.

Sürücü T. Bayramov hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Şamaxı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR