Bakıda Türkiyə-Azərbaycan Yüksək Texnologiyalar Forumu keçirilir - FOTO

Bakıda Türkiyə-Azərbaycan Yüksək Texnologiyalar Forumu keçirilir - <span style="color: red;">FOTO
# 03 dekabr 2014 14:21 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. Bu gün Bakıda Azərbaycan-Türkiyə Yüksək Texnologiyalar Forumu keçirilir.

APA-Economics”in məlumatına görə, forumda rəsmi şəxslərlə yanaşı hər iki ölkədən birlikdə 50-ə yaxın şirkət iştirak edir.

Forumda çıxış edən rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə iki ölkə arasında yüksək texnologiyalar sayəsində həm nəzəri, həm də texnoloji potensialın olduğunu qeyd edib.

Nazir müavini Azərbaycanın hazırda qeyri-neft sektorunun, xüsusilə də informasiya texnologiyaları sahələrinin inkişafının prioritet istiqamətlərindən olduğunu vurğulayıb.

O, Azərbaycanın nanotexnologiyalar, enerjiyə qənaət edilməsi, biotexnologiyardan geniş istifadəyə yer ayırdığını diqqətə çatdırıb.

Daha sonra Türkiyənin İnformasiya və Telekommunikasiya Texnologiyaları Qurumunun sədri Tayfur Acarer çıxış edib. O, ümumilikdə Türkiyə və dünyada informasiya texnologiyaları sahəsinin sürətli inkişafından və gələcək perspektivlərindən danışıb.

Tədbir Azərbaycan və Türkiyə şirkətlərinin təqdimatları ilə davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR