İsrail yeni hərbi casus peyki buraxıb

İsrail yeni hərbi casus peyki buraxıb
# 13 sentyabr 2016 19:11 (UTC +04:00)

Bakı-APA. İsrail hərbi-hava bazalarının birindən orbitə yeni hərbi casus peyki buraxıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu yerli “İkinci kanal” telekanalı bildirib.

Telekanal Müdafiə Nazirliyinə istinadən “Ofek-11”-in ölkədə bu tipdə indiyədək istehsal olunmuş ən təkmilləşdirilmiş peyk olduğunu qeyd edib.

Məlumata görə, peyk ölkənin mərkəzi hissəsində yerləşən “Palmaxim” bazasından kosmosa buraxılıb.

Qeyd edək ki, iki həftə əvvəl ABŞ-da kosmodromda baş vermiş partlayış nəticəsində İsrailə məxsus “Amos-6” peyki tamamilə sıradan çıxıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR