Türkiyə XİN “А320”-nin qəzası nəticəsində 39 Türkiyə vətəndaşının ölməsi xəbərini təkzib edib

Türkiyə XİN “А320”-nin qəzası nəticəsində 39 Türkiyə vətəndaşının ölməsi xəbərini təkzib edib
# 25 mart 2015 02:29 (UTC +04:00)

Bakı-APA. Türkiyə XİN Fransada “А320” təyyarəsinin qəzaya uğraması nəticəsində 39 Türkiyə vətəndaşının ölməsi xəbərini təkzib edib. APA-nın “CNN Türk”ə istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə XİN-in adının hallandırılmasını istəməyən əməkdaşı bildirib.

“Qəza nəticəsində 39 türkiyəlinin ölümü xəbəri həqiqətə uyğun deyil. Hələlik yalnız Türkiyə əsilli bir Almaniya vətəndaşı barədə məlumatımız var. Qurbanlar arasında digər türkiyəli sərnişinlərin olması xəbəri hələ ki araşdırılır, deyə XİN əməkdaşı bildirib.

Qeyd edək ki, Türkiyə mətbuatında Fransada “А320” təyyarəsinin qəzaya uğraması nəticəsində 39 Türkiyə vətəndaşının ölməsi xəbəri geniş yayılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR