Ümumdünya Əqli Mülkiyyət Təşkilatının hesabatında Azərbaycan ön sıralardadır

Ümumdünya Əqli Mülkiyyət Təşkilatının hesabatında Azərbaycan ön sıralardadır
# 22 iyul 2014 13:29 (UTC +04:00)

Bakı-APA. Ümumdünya Əqli Mülkiyyət Təşkilatı tərəfindən “2014-cü il qlobal innovasiya indeksi: innovasiyada insan amili” adlı hesabatı (http://www.wipo.int/export/sites/www/freepublications/en/economics/gii/gii_2014.pdf) nəşr edilib. Azərbaycan Respublikasının Cenevrə şəhərində BMT bölməsi və

digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəliyindən APA-ya verilən məlumata görə, Ümumdünya Əqli Mülkiyyət Təşkilatının “2014-cü il qlobal innovasiya indeksi: innovasiyada insan amili” adlı hesabatında Azərbaycan öncül sıralardadır.

Sözügedən hesabatda 143 ölkə arasında 81 göstərici üzrə müqayisəli təhlil aparılıb. Qlobal innovasiya indeksi aşağıdakı meyarları özündə ehtiva edir: institutlar; insan kapitalı və tədqiqat; infrastruktur; bazarın mükəmməlliyi; biznesin mükəmməlliyi; bilik və texnologiya səmərəliliyi; yaradıcı səmərəlilik.

Azərbaycan biznesin qurulmasının asanlığı (13-cü yer), bazarın mükəmməlliyi (26-cı yer), mikromaliyyələşdirmə kreditləri (15-ci yer), sərmayə (10-cu yer), sərmayədarların qorunmasının asanlığı (21-ci yer), qeyri-kənd təsərrüfatı sahəsində bazara giriş tarifi (9-cu yer), birbaşa investisiyaların xaricə axını (8-ci yer), informasiya-kommunikasiya texnologiyaları və təşkilatı modelin yaradılması (23-cü yer) göstəriciləri üzrə öncül sıralarda yer alıb.

Adıçəkilən hesabatın məqsədi dünya iqtisadiyyatlarının innovasiya bacarıqlarının və yekunlarının sıralanmasından ibarətdir. Qlobal innovasiya indeksi innovasiya üzrə müraciət edilən ən başlıca istinaddır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR