Yanacaq daşıyan maşında yanğın olub

Yanacaq daşıyan maşında yanğın olub
# 25 sentyabr 2014 11:57 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Azərbaycanda yanacaq daşıyan maşında yanğın olub.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə Ağstafa rayonu, Qırılı kəndində qeydə alınıb.

“Turan” yanacaqdoldurma məntəqəsinə məxsus “Ural” markalı yanacaq daşıyan avtomobilin arxa təkəri yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR