APA TV-də daha bir layihə efir həyatına başlayır: “Oxu zalı”

APA TV-də daha bir layihə efir həyatına başlayır: “Oxu zalı”
# 27 oktyabr 2015 07:27 (UTC +04:00)

APA TV-də daha bir yeni proqram efir həyatına başlayır. “Oxu zalı” proqramının hazırlanmasında məqsəd tamaşaçıları ədəbiyyat sahəsində yeniliklərdən xəbərdar etmək, ədəbi problemlərlə bağlı müzakirələr aparmaq, cəmiyyətin mütaliəyə marağını artırmaqdır. Verilişin çəkilişləri paytaxtın müxtəlif kitabxanalarında, nəşrlər evlərində aparılır. Proqramda nəşriyyatlarda dərc olunan yeni əsərlər barədə məlumatlar veriləcək, nəşriyyat sahəsində mövcud problemlər və onların həll yolları barədə fikir mübadiləsi aparılacaq. Ədəbi mühitin tanınmış simalarının qonaq olacağı “Oxu zalı” ayda iki dəfə tamaşaçıların görüşünə gələcək. Verilişin aparıcısı Gülnarə İlhamdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR