Təhsil Nazirliyi: “Əlaçı” təqaüdü verilən tələbənin akademik göstəricisi 91 baldan az olmamalıdır

Təhsil Nazirliyi: “Əlaçı” təqaüdü verilən tələbənin akademik göstəricisi 91 baldan az olmamalıdır
# 11 noyabr 2015 09:20 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev - APA. “Semestr nəticələrinə görə fənlər üzrə ümumi orta müvəffəqiyyət göstəricisi (ÜOMG) 91-100 bal olan tələbələrə “əlaçı” təqaüdü verilir. Bu halda hər bir fənn üzrə tələbənin akademik göstəricisi 91 baldan az olmamalıdır”.

APA-nın xəbərinə görə, bunu Təhsil Nazirliyinin Elm və ali təhsil şöbəsinin sektor müdiri Sülhəddin Gözəlov “Doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlərin artırılması” haqqında Azərbaycan prezidenti İlham Əliyevin 2013-cü il 30 avqust tarixli 3108 nömrəli sərəncamında edilən dəyişikləri şərh edərkən deyib.

O bildirib ki, semestr nəticələrinə görə fənlər üzrə ÜOMG-si 71-100 bal olan tələbələrə “həvəsləndirici” təqaüdü verilir. Bu halda ən azı bir fəndən akademik göstəricisi 91-100, digər fənlərdən isə 71 baldan az olmamalıdır: “Semesrtr nəticələrinə görə fənlər üzrə ÜOMG-si 51-100 bal olan tələbələrə “adi” təqaüd verilir: bu halda hər bir fənn üzrə tələbənin akademik göstəricisi 51 baldan az olmamalıdır. Bu zaman tələbənin azı bir fəndən akademik göstəricisi 51-70 bal olmalıdır”.

S. Gözəlov qeyd edib ki, bakalavriat səviyyəsinə dövlət sifarişi ilə qəbul olunan tələbələr birinci semestr ərzində “adi”, 500-600 bal toplayanlara “həvəsləndirici”, 600-dən çox balla qəbul olunanlara isə “əlaçı” təqaüdü verilir: “V ixtisas qrupu üzrə 80 və daha çox bal toplayan və dövlət sifarişinə qəbul olunan tələbələrə “əlaçı” təqaüdü verilir”.

S. Gözəlov onu da qeyd edib ki, magistratura səviyyəsinə dövlət sifarişi ilə qəbul olunan tələbələrə birinci semestr ərzində “adi” təqaüd, 112 və daha çox balla qəbul olunanlara isə “əlaçı” təqaüdü verilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR