Almaniya vətəndaşına qarşı yol qəzası törətməkdə təqsirləndirilən şəxslərin şikayəti təmin edilməyib

Almaniya vətəndaşına qarşı yol qəzası törətməkdə təqsirləndirilən şəxslərin şikayəti təmin edilməyib
# 16 iyul 2015 07:56 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Apellyasiya Məhkəməsində Azərbaycanda qətlə yetirilən Almaniya vətəndaşı Vüsal Şilderin ölümündən bir neçə gün əvvəl ona qarşı planlı şəkildə avtomobil qəzası təşkil etməkdə və üzərinə narkotik vasitə atmaqda təqsirləndirilən şəxslərin apelyasiya şikayəti əsasında məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, məhkəmədə qərar elan edilib. Qərara əsasən, apellyasiya şikayətləri təmin edilməyib.

Qeyd edək ki, 2013-cü ilin mayın 2-də Almaniya vətəndaşı Vüsal Şilder aldığı iki bıçaq xəsarəti ilə əlaqədar xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsi, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsi, Nərimanov Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi, 18-ci Polis Bölməsi və Şabran Rayon Polis Şöbəsi əməkdaşlarının birgə keçirdiyi əməliyyat tədbirləri nəticəsində qətldə şübhəli bilinən Şabran rayon sakini, əvvəllər məhkum olunmuş Elman İsgəndərov və Seymur Talıbov saxlanılıb.

Aparılan araşdırmalar zamanı V. Şilderin ölümündən əvvəl ona qarşı yol qızası təşkil etməkdə və üzərinə narkotik vasitə atmaqda şübhəli bilən şəxslər müəyyən ediliblər. Həmin şəxslər tutularaq istintaqa təhvil veriliblər.

Binəqədi Rayon Məhkəməsinin hökmü ilə isə Vüsal Şilderin ölümündən əvvəl ona planlı şəkildə avtomobil qəzası təşkil etməkdə və üzərinə narkotik vasitə atmaqda təqsirləndirilən sabiq polis mayoru İlham Məmmədov 6 il 6 ay, Qurban Novruzov 6 il 6 ay, türkiyəli iş adamı Yaşar Sunar 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib, Kənan Babayevə isə 4 il şərti cəza təyin edilib.

Almaniya vətəndaşı olan 23 yaşlı Vusal Şilder Adolf əslən azərbaycanlıdır. Belə ki, Almaniya vətəndaşı olan kişi ilə Azərbaycan vətəndaşı olan qadın Vusal Şilder Adolfu 20 il əvvəl Bakıda övladlığa götürüblər. O, Qərb Universitetinin ikinci kurs tələbəsi olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR