Azərbaycanda ilin əvvəlindən 6,9 min boşanma faktı qeydə alınıb

Azərbaycanda ilin əvvəlindən 6,9 min boşanma faktı qeydə alınıb
# 15 sentyabr 2014 13:14 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin əvvəlindən Azərbaycanda 44,5 min nikah və 6,9 min boşanma halları qeydə alınıb.

APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə hesabı ilə nikahların sayı 8,4-dən 8,1-ə qədər azalıb, boşanmaların sayı isə dəyişməyərək eyni səviyyədə (1,3) qalıb.

Bu ilin yanvar-iyul ayları ərzində Dövlət Miqrasiya Xidmətinin və Daxili İşlər Nazirliyinin müvafiq qurumları tərəfindən Azərbaycana daimi yaşamaq üçün 1069 nəfər gələn və 489 nəfər ölkədən gedən qeydə alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR