Normanın aşağı salınması hesabına bankların Mərkəzi Bankda məcburi ehtiyat kimi saxlamalı olduqları vəsaitin həcmi 226 mln. manat azalıb

Normanın aşağı salınması hesabına bankların Mərkəzi Bankda məcburi ehtiyat kimi saxlamalı olduqları vəsaitin həcmi 226 mln. manat azalıb
# 27 may 2015 11:48 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. 2015-ci ilin I rübündə pul siyasəti alətləri pul təklifinin dinamikası, iqtisadi artım perspektivləri, habelə qiymət və maliyyə sabitliyi hədəfləri nəzərə alınmaqla tətbiq olunub.

APA-Economics”in xəbərinə görə, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) yanvar-mart ayları üzrə pul siyasəti icmalında qeyd edilib.

İcmalda bildirilir ki, inflyasiya səviyyəsini, iqtisadi artıma təsir edən məcmu tələb amillərini, pul kütləsinin artım templərini nəzərə alaraq hesabat dövründə Mərkəzi Bank faiz dəhlizinin parametrlərinə dəyişiklik etməyib.

Mərkəzi Bankın uçot dərəcəsi 3,5%, dəhlizin yuxarı həddi 7%-dən 5%-ə, aşağı həddi isə 0,1% təşkil edir. Dövr ərzində bank sistemi ilə likvidliyin verilməsi və absorbsiyası əməliyyatları bu parametrlər çərçivəsində aparılıb. Hesabat ilində pul kütləsinin artım templərinin və bank sistemində likvidlik səviyyəsinin tənzimlənməsi məqsədilə açıq bazar əməliyyatlarından və məcburi ehtiyat normalarından da istifadə olunub.

I rübdə pul kütləsinin dəyişimindəki son meyllər nəzərə alınaraq, habelə faiz dərəcələrinin enməsinə şərait yaratmaqla iqtisadi artıma dəstək vermək məqsədilə AMB-nin müəyyən etdiyi məcburi ehtiyat norması 2%-dən 0,5%-ə endirilib. Bununla bankların Mərkəzi Bankda məcburi ehtiyat kimi saxlamalı olduqları vəsaitin həcmi 226 mln. manat azalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR