Azərbaycanın aparıcı banklarından biri istehlak kreditləri üzrə faiz dərəcələrini 5 bənd endirib

Azərbaycanın aparıcı banklarından biri istehlak kreditləri üzrə faiz dərəcələrini 5 bənd endirib
# 13 iyul 2015 08:59 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. “AccessBank” maliyyə xidmətlərinə asan çıxış, münasib faiz dərəcələri və məsuliyyətli kreditləşmə istiqamətində fəaliyyəti çərçivəsində bank xidmətlərinin ucuzlaşdırılması məqsədilə iyulun 1-dən etibarən özünün istehlak kreditləri üzrə tutulan komissiya haqlarını endirərək kredit məbləğinin 1%-i səviyyəsində müəyyən edib.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, görülən tədbirlərin davamı olaraq bank xidməti müştərilərinin xüsusilə, mikro və kiçik sahibkarların kredit resurslarına çıxışının asanlaşdırılması, əhalinin kredit borc yükünün azaldılması və kredit siyasətimizdə ölkənin hazırkı iqtisadi inkişaf prioritetlərinin və hədəflərinin, eləcə də, Mərkəzi Bankın tövsiyələrinin nəzərə alınması məqsədi ilə “AccessBank” iyulun 14-dən etibarən götürüləcək mikro və istehlak kreditləri üzrə faiz dərəcələrinin orta hesabla 5% endirilməsini qərara almaqla, hazırda endirilən komissiya haqlarını da nəzərə alaraq, faktiki illik faiz dərəcələrinin (FİFD) əhəmiyyətli şəkildə azalmasına nail olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR