Tiflisdə “Mühüm enerji infrastruktur obyektlərinin mühafizəsi istiqamətində təhlükəsizlik çağırışları” adlı konfrans keçirilib - FOTO

Tiflisdə “Mühüm enerji infrastruktur obyektlərinin mühafizəsi istiqamətində  təhlükəsizlik çağırışları” adlı konfrans keçirilib - <span style="color: red;">FOTO
# 28 noyabr 2014 09:10 (UTC +04:00)

Gürcüstan. Nizami Məmmədzadə - APA. Noyabrın 25-28-də Gürcüstan paytaxtında “Mühüm enerji infrastruktur obyektlərinin mühafizəsi istiqamətində təhlükəsizlik çağırışları” adlı konfrans keçirilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbiri Gürcüstandakı Atlantik Şurasının icraedici direktoru Georgi Muçaidze açıb. Sonra konfrans panellərdə davam edib.

Noyabrın 27-də konfransda ATƏT-in Minsk Qrupunun keçmiş həmsədri, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza çıxış edib.

Bu gün davam edən tədbirdə ADA Universitetinin elmi işçisi, ekspert Zaur Şiriyevin çıxışı dinlənilib. O, Azərbaycanda enerji siyasəti, Transadriatik qaz boru kəmərinin əhəmiyyəti və enerji infrastrukturunun qorunması sahəsində Azərbaycanın təcrübəsindən danışıb.

Konfransda müzakirələr zamanı enerji infrastrukturlarına yönələn terror, təxribat, kriminal və digər hadisələrin baş verməsinə qarşı NATO-nun rolu və Cənubi Qafqaz regionunda hərbi-siyasi təhlükəsizlik məsələləri geniş müzakirə edilib.

Tədbirdə mühüm infrastruktur obyektlərinin qoruması məsələsində ən yaxşı təcrübə və tövsiyələr qəbul olunub. Bunlar xüsusi nəşrdə toplanacaq və NATO-ya təqdim ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR