Bakıda “Xocalıya ədalət” şüarı altında yürüş keçirilib - FOTOSESSİYA - VİDEO

Bakıda “Xocalıya ədalət” şüarı altında yürüş keçirilib - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 26 fevral 2015 09:21 (UTC +04:00)

Bakı – APA. Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu tərəfindən Xocalı faciəsinin ildönümü münasibətilə “Xocalıya ədalət” şüarı altında gənclər təşkilatları üzvlərinin iştirakı ilə yürüş təşkil edilib.

Fonddan APA-ya verilən məlumata görə, 26 fevral 2015-ci il tarixində, saat 04.30-da Xocalı prospektində ucaldılmış “Xocalı” abidəsinin önündən başlayan yürüş dənizkənarı milli parkda bitib.

Aksiya şamlarla işıq saçan fənərlərin səmaya buraxılması ilə yekunlaşıb.

Yürüşdə təxminən 3000-dən çox gənc iştirak edib.

Aksiya Xocalı faciəsinin geniş dünya ictimaiyyətinə çatdırılması məqsədilə yerli və dünya kütləvi informasiya vasitələri, televiziya kanalları tərəfindən, həmçinin sosial şəbəkələrdə işıqlandırılıb.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR