“Bakıelektrikşəbəkə” aktivlərini artırıb

“Bakıelektrikşəbəkə” aktivlərini artırıb
# 22 may 2015 09:55 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. “Bakıelektrikşəbəkə” ASC-nin 2014-cü il üçün balans hesabatı açıqlanıb.

APA-Economics”in xəbərinə görə, 2014-cü ilin dekabrın 31-nə “Bakıelektrikşəbəkə”nin cəmi aktivləri 1 mlrd. 322 mln. 973 min 557 manat olub. Başqa sözlə, 1 il ərzində ASC-nin cəmi aktivləri 15 mln. 751 min 568 manat və ya 13,51% artıb.

Hesabat dövründə “Bakıelektrikşəbəkə”nin cəmi kapital və ehtiyatları 2 dəfədən çox artaraq 749 mln. 568 min 978 manat təşkil edib.

2014-cü ildə qurumun Dövlət Sosial Müdafiə Fondu (DSMF) üzrə vergi və sair məcburi ödənişlərində azalma qeydə alınıb. Belə ki, “Bakıelektrikşəbəkə”nin hesabat dövrü ərzində DSMF üzrə belə ödənişləri 805 min 215 manat və ya 66% azalıb.

Ötən il “Bakıelektrikşəbəkə”nin gəlirləri 440 mln. 557 min 467 manat, xərcləri isə 476 mln. 539 min 706 manat olub.

Hesabat dövründə qurumun xalis mənfəəti 5 mln. 189 min 713 manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR