Baş nazir: "Azərbaycan Gürcüstana ən çox investisiya yatıran ölkədir"

Baş nazir: "Azərbaycan Gürcüstana ən çox investisiya yatıran ölkədir"
# 13 iyun 2016 08:54 (UTC +04:00)

Gürcüstan. Nizami Məmmədzadə - APA. 2016-cı ilin birinci rübündə Gürcüstan iqtisadiyyatına birbaşa yatırılan xarici investisiyanın həcmi rekord səviyyəyə çatıb.


APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə yerli hökumətin bu gün keçirilən iclasında baş nazir Giorgi Kvirikaşvili deyib.

Baş nazir bildirib ki, sonuncu dəfə belə bir göstərici 2008-ci ildə qeydə alınıb: "Birinci rübdə birbaşa xarici investisiyaların həcmində olduqca böyük artımı olub. Hesabat dövründə Gürcüstana yatırılan xarici investisiyaların həcmi 376 milyon dollara çatıb. Ən çox yatırım nəqliyyat və rabitə, həmçinin enerji sektoruna olub. Azərbaycan Gürcüstana ən çox investisiya yatıran ölkədir. İkinci yerdə Türkiyə, üçüncü isə Böyük Britaniya tutur".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR