ABŞ-da təyyarənin avtomobil duracağına düşməsi nəticəsində 4 nəfər ölüb

ABŞ-da təyyarənin  avtomobil duracağına düşməsi nəticəsində 4 nəfər ölüb
# 17 may 2015 02:35 (UTC +04:00)

Bakı-APA. ABŞ-ın Texas ştatında “Piper PA-24” tipli kiçik təyyarənin avtomobil duracağına düşməsi nəticəsində 4 nəfər ölüb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, hadisə yerli vaxt ilə 14.30 radələrində (Bakı vaxtı ilə 22.30-da) baş verib. Qəzaya uğrayan təyyarə San Antonio şəhərindəki Kestler hava limanından havaya qalxıb.

Qəzanın səbəbləri araşdırılır.

Ölən şəxslərin kimliyi barədə məlumat yoxdur, həmçinin onların təyyarədə və ya yerdə olması da hələlik məlum deyil.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR