Təmas xəttinə yaxın taxıl sahələrində dərmanlama işləri aparılıb - FOTO - VİDEO

Təmas xəttinə yaxın taxıl sahələrində dərmanlama işləri aparılıb - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 11 noyabr 2015 16:21 (UTC +04:00)

Bərdə. Ziya Əmirxanlı - APA. Respublika Bitki Mühafizə Mərkəzi tərəfindən cəbhə xəttinə yaxın yonca və taxıl sahələrində dərmanlama işləri aparıb.

APA-nın yerli bürosu xəbər verir ki, gəmiricilərə qarşı mübarizə tədbirləri yerli bələdiyyə üzvləri ilə birlikdə aparılır.

Ağdam Bitki Mühafizə Mərkəzinin rəisi Maarif Qasımov bildirib ki, gəmiricilər əsasən Tərtər, Ağdam, Ağcabədi, Beyləqan və Füzuli rayonlarına hücum çəkib. Bunun qarşısını almaq üçün Kənd Təsərrüfatı Nazirliyi yanında Respublika Bitki Mühafizə Mərkəzinin mütəxəssisləri bölgəyə ezam olunub.

Respublika Bitki Mühafizə Mərkəzi əməkdaşlarının sözlərinə görə, dərmanlama işləri aparılsa da, təhlükə hələ sovuşmayıb. Buna səbəb işğal altındakı ərazilərdə gəmiricilərin çoxalması üçün münbit şəraitin olmasıdır.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR