Rövnəq Abdullayev: "Çinin Milli Neft Korporasiyası OGPC layihəsinə payçı kimi qoşula bilər"

Rövnəq Abdullayev: "Çinin Milli Neft Korporasiyası OGPC layihəsinə payçı kimi qoşula bilər"
# 02 iyun 2016 11:37 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. "Çinin Milli Neft Korporasiyası (CNPC) SOCAR həyata keçirdiyi Neft-qaz emalı və neft-kimya kompleksi (OGPC) layihəsinə payçı kimi qoşula bilər".


"APA-Economics" xəbər verir ki, bunu SOCAR prezidenti Rövnəq Abdullayev bildirib.

"CNPC Çinin neft-qaz sektorunda fəaliyyət göstərən ən böyük şirkətdir. Onlarla danışıqlara başlanılıb. Çin şirkəti bu layihədə investor kimi iştirak etmək istəyir. Həm də biz Çin banklarına layihənin maliyyələşdirilməsində iştirak etməyi təklif etmişik", - deyə R. Abdullayev qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR