Hüquq müdafiəçiləri MTN-in istintaq təcridxanasında monitorinq keçiriblər

 Hüquq müdafiəçiləri MTN-in istintaq təcridxanasında monitorinq keçiriblər
# 29 sentyabr 2015 12:34 (UTC +04:00)

Bu barədə APA-ya məlumat verən E. Behbudov bildirib ki, orada saxlanılan təqsirləndirilən şəxslərə görüşüblər: “Heydərov Zaur Naib oğlu, Əhmədov Taleh Mahir oğlu və Ağcabəyov Rüfan İrafəddin oğlu ilə görüşdük. Hər üç şəxs Cinayət Məcəlləsinin 279-cu (qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmə və ya qrup yaratma) maddəsinə əsasən təqsirləndirilir. Vəhhabi təriqətinə mənsub olan hər üç şəxs qaçaq yolla Türkiyədən Suriyaya keçib. Oraya getdiklərinə çox peşmandırlar. Bildirdiklərinə görə, oraya getsələr də, Suriyada qəbul olunmayıblar və qayıdıblar. Rüfan Ağcabəyovun bildirdiyinə görə, 2013-cü ildə Suriyayada döyüşənlərə ayda 50 dollar maaş verilirdi. Lakin indi həmin məbləği 500-1000 dollara qədər artırıblar. Kişilər mütləq saqqal saxlamalıdırlar. Saqqal saxlamayan kişilər karserə salınır və saqqalı uzanana kimi orada qalır. Namaz qılmayanlara 40-50 şallaq vurulur. Əxlaqsızlıq edən qadınlar daş-qalaq edilir, kişilər isə yüksək yerdən atılaraq öldürülür. Oraya gedən azərbaycanlılara təxəllüs verilir ki, tanınmasınlar və orada həmin təxəllüslə çağırırlar”.

E. Behbudov təqsirləndirilən şəxslərin saxlanma şəraitindən və onlara qarşı münasibətdən, istintaqın gedişindən hər hansı narazılıqlarının olmadığını, vəkillə təmin olunduqlarını da bildirib.

Hüquq müdafiəçisi orada saxlanılan Sülh və Demokratiya İnstitutunun əməkdaşı Arif Yunus, Daxili İşlər Nazirliyinin sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədov, Bayraq Meydanı Kompleksinin sabiq rəisi Rəşad Məmmədovla da maraqlandığını bildirib: “Onların səhhəti qaydasındadır. Hər hansı problem yoxdur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR