Növbəti 5 ildə Azərbaycanda alternativ və bərpa olunan enerji mənbələrini inkişaf etdirmək 14 mlrd. avro tələb olunur

Növbəti 5 ildə Azərbaycanda alternativ və bərpa olunan enerji mənbələrini inkişaf etdirmək 14 mlrd. avro tələb olunur
# 28 oktyabr 2014 08:39 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. “Azərbaycanda alternativ və bərpa olunan enerji mənbələrini inkişaf etdirmək üçün 2020-ci ilə qədər 14 mlrd. avro tələb olunacaq”.

APA-Economics” xəbər verir ki, bunu bu gün Bakıda keçirilən Enerji Tənzimləyicilərinin Beynəlxalq Assosiasiyasının (ERRA) İnvestisiyalar və Enerji Tənzimlənməsi üzrə 13-cü toplantının ikinci günündə Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin Sərmayələr və strateji inkişaf şöbəsinin sədr müavini Samir Rəhimov bildirib.

Onun sözlərinə görə, növbəti 2015-ci il üçün isə ölkədə bu sahəni inkişaf etdirmək üçün 1,043 mlrd. manat vəsaitə ehtiyac var: “Bu vəsaitin hesabına Azərbaycanda 299,6 MVatt gücündə alternativ enerjiyə nail olmaq mümkün olacaq. Bunun da 130,4 MVatt gücü günəş enerjisinin payına düşəcək”.

S. Rəhimov bildirib ki, artıq Azərbaycanın 5 rayonunda hibrid istilik və elektrik stansiyalarının tikintisi üçün texniki iqtisadi əsaslandırma hazırdır: “Gələcək illərdə Azərbaycanın Gədəbəy, Oğuz, Balakən, Neftçala və Naxçıvan Muxtar Respublikasında hibrid elektrik və istilik stansiyaları tikiləcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR