Xavi “Barselona” azarkeşləri ilə vidalaşıb - FOTOSESSİYA

Xavi “Barselona” azarkeşləri ilə vidalaşıb - <span style="color: red;">FOTOSESSİYA
# 04 iyun 2015 13:40 (UTC +04:00)

Bakı – APA. “Barselona”dan gedəcəyi təsdiqlənən Xavi Ernandes doğma klubunun azarkeşləri ilə vidalaşıb. Apasport.az saytı xəbər verir ki, “Nou Kamp” stadionunda keçirilən tədbirdə 35 yaşlı yarımmüdafiəçi hamı ilə sağollaşıb.

Qətərin “Əl-Əhli” klubu ilə anlaşan Xavi “Barsa”nın heyətində sonuncu oyununa iyunun 6-da çıxacaq. Çempionlar Liqasının finalında “Yuventus”la baş tutacaq görüş Xavinin “Barselona”nın heyətində keçirəcəyi sonuncu matç olacaq.

Xavi “Barselona”nı ÇL-in qalibi titulu ilə tərk etmək istəyir: “Komandanı Çempionlar Liqasının qalibi kimi tərk etmək istərdim. Ümid edirəm ki, həmişəlik sağollaşmırıq və gələcəkdə yenə görüşəcəyik. Mən bura 25 il əvvəl gəlmişdim və təsəvvür edə də bilməzdim ki, bu cür uğurlu karyeram olacaq. “Barselona” rəhbərliyinə minnətdaram və bu komandanın bir parçası olduğum üçün qürur duyuram”.

Tədbirdə Xavinin komanda yoldaşları, dostları, ailəsi və “Barselona”nın prezidenti Xose Mariya Bartomeu da iştirak edib.

“Barselona”nın digər futbolçusu Andres İnyesta Kataloniya klubunun bütün futbolçularının imzası olan formanı Xaviyə hədiyyə edib. Bundan sonra təcrübəli futbolçu göz yaşlarını saxlaya bilməyib.

Qeyd edək ki, Çempionlar Liqasının final matçından sonra Xavi yeni klubu “Əl-Əhli”nin düşərgəsinə qoşulacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR