Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 12 Avqust

Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 12 Avqust
# 12 avqust 2015 17:00 (UTC +04:00)
GÜNÜN ŞƏRHİ

Siyasi leksikonda ABŞ və dollar sözləri arasında bir bərabərlik var. Bütün dünyada dollar əsas yığım və hesablaşma vasitəsidir. Dollara bu üstünlükləri qazandıran ABŞ-ın supergüc olmasıdır. Məntiqlə ABŞ-ın bu gücü zəifləyərsə, avtomatik olaraq dollar da etibarını itirəcək. Con Kerrinin təbirincə, ABŞ dolları bu aqibətin bir addımlığındadır və nə qədər paradoksal görünsə də, dolların və Vaşinqtonun etibarını xilas etmək İrandan asılıdır. Daha doğrusu, İranla imzalanan nüvə razılaşmasının Konqresdə ratifikasiyasından. Konqres sazişi ratifikasiya etməsə, ABŞ saziş üzərində birgə tər tökdüyü avropalı müttəfiqləri yanında etibarını itirmiş olacaq. Vaşinqtonun dərdi tək bu deyil. İllərdir yürütdüyü birqütblü dünya düzəni strategiyası ABŞ-a qarşı müxalif alyansın formalaşmasına səbəb olub. Dünyanın beş böyük iqtisadiyyatı bir araya gəlməklə ABŞ-a qarşı ən mühüm təsir imkanı formalaşdırırlar. Rusiya, Çin, Braziliya, Hindistan və Cənubi Afrika Respublikası öz aralarında əsas hesablaşma vasitəsi kimi dollardan imtina etməklə ABŞ iqtisadiyyatına ən böyük zərbə endirmiş olacaqlar. Con Kerrini narahat edən də budur. Dövlət katibi ABŞ iqtisadiyyatını tarixin ən böyük zərbəsindən xilas yolunu İranla sazişin ratifikasiya olunmasında görür. Kerrinin fikirlərindəki sətiraltı məna budur - biz sazişi qəbul etməklə İranı antiamerika alyansından qoparmış oluruq. Hər halda beş divə qarşı döyüşmək altı divə qarşı döyüşməkdən nisbətən asandır... Konqresmenlər Kerrinin məntiqini anlayacaqmı? Sualın cavabı hələ də açıq qalır...
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR