Bakıda "Toyota" və "VAZ 2107" toqquşub - FOTOSESSİYA - VİDEO

Bakıda "Toyota" və "VAZ 2107" toqquşub - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 24 oktyabr 2014 21:16 (UTC +04:00)

Bakı-APA. Bakının Binəqədi rayonunda qəza baş verib. APA-nın məlumatına görə, hadisə 8-ci mikrorayon, Səttra Bəhlulzadə küçəsində qeydə alınıb. Qəza zamanı "Toyota" və "VAZ 2107" markalı avtomaşınlar toqquşub. Belə ki, "Toyota"nın sürücüsü Əli Əsgərov gözləmə yol nişanının tələbini pozaraq "VAZ 2107"nin yoluna çıxıb. Toqquşma nəticəsində xəsarət alan olmasa da, avtomobillərı ziyan dəyib. Hadisə yerinə Dövlət Yol Polisinin Binəqədi Rayon Şöbəsinin əməkdaşları gəliblər.

Hər iki avtomobil evakuator vasitəsi ilə hadisə yerindən uzaqlaşdırılıb. Faktla bağlı Binəqədi Rayon Yol Polisi Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR