Bakı Slavyan Universitetində kadr islahatları aparılacaq

Bakı Slavyan Universitetində kadr islahatları aparılacaq
# 14 iyul 2016 09:40 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Bakı Slavyan Universitetində kadr islahatları aparılacaq.

APA-nın xəbərinə görə, Bakı Slavyan Universitetinin (BSU) rektoru Nurlana Əliyeva bildirib ki, istənilən qurumun rəhbəri təyinatdan dərhal sonra oranın struktur bölmələri, maddi-texniki bazası, tədris sistemi ilə yaxından tanış olur və dəyişikliklərə ehtiyac yaranır: “Biz dünyaya inteqrasiya olunuruq. Ona görə də yenilikləri daim izləməli, islahatları tətbiq etməli və bəhrənlənməliyik".

Rektor universitetdə müəllimlərin və tələbələrin geyimində ciddi nizam-intizam tələb edilməsi ilə bağlı suala aydınlıq gətirib: "Universitetdə müəllim və şagirdlərin geyimində ciddi nizam-intizam tələb edilməsi ilə bağlı söhbət yoxdur. Əslində müəllimin zahiri görkəminə diqqət yetirməsi lazımdır. Tələbənin geyimi öz ruhuna, tutduğu mövqeyə və gördüyü işə uyğun olmalıdır. İnsanın zövqü o qədər yüksək olmalıdır ki, hara getdiyini, harada iştirak etdiyini, nə işlə məşğul olduğunu düşünərək onu dərk edərək özünü tənzimləsin”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR