Azərbaycan səfiri etimadnaməsini Surinam prezidentinə təqdim edib

Azərbaycan səfiri etimadnaməsini Surinam prezidentinə təqdim edib
# 17 noyabr 2014 14:02 (UTC +04:00)

Bakı – APA. Azərbaycanın Surinam Respublikasındakı səfiri Elnur Sultanov etimadnaməsini ölkə prezidenti Dezire Delano Buterzeya təqdim edib.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, E.Sultanov Azərbaycan prezidenti İlham Əliyevin səmimi salamlarını D. Buterzeya çatdırıb, Azərbaycanın Surinamda ilk səfiri kimi iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsi üçün səy göstərəcəyini bildirib və ikitərəfli əməkdaşlıq üçün potensialın mövcud olduğunu qeyd edib.

D. Buterze isə Azərbaycan prezidentinə ən xoş salamlarının çatdırılmasını xahiş edərək, Surinamın Azərbaycanla əməkdaşlığa əhəmiyyət verdiyini bildirib və yaxın gələcəkdə iki ölkə arasında əlaqələrin möhkəmlənəcəyinə ümidvar olduğunu ifadə edib.

E. Sultanov həmçinin Surinam Milli Assambleyasının sədri Ceniffer Qirlinqs-Simmons, xarici işlər naziri Vinston Lakin, gənclər və idman naziri İsmanto Adna, təbii ehtiyatlar naziri Jim Hok və digər rəsmi şəxslərlə görüşlər keçirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR