Cəzaçəkmə müəssisəsinə qadağan olunmuş əşyaların keçirilməsinin qarşısı alınıb

Cəzaçəkmə müəssisəsinə qadağan olunmuş əşyaların keçirilməsinin qarşısı alınıb
# 22 iyul 2014 13:14 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Ədliyyə Nazirliyi Penitensiar Xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində 2 saylı Cəzaçəkmə Müəssisəsinə qadağan olunmuş əşyaların keçirilməsinin qarşısı alınıb.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, orada cəza çəkən, Cinayət Məcəlləsinin 181.2.5 maddəsinə əsasən azadlıqdan məhrum edilən məhkum Əfqan Fərman oğlu Almaszadənin yanına qısamüddətli görüşə gəlmiş atası Fərman Abdalim oğlu Almaszadənin gətirdiyi sovqata və üzərinə baxış keçirilib. Bu zaman, yeməklə dolu qazanın içərisində düzəldilmiş gizli saxlanc yerindən 1 ədəd BlackBerry” markalı mobil telefon aparatı, elektrik qidalandırıcısı, batareya və elektrik naqili aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR