Fövqəladə hallar naziri Kəmaləddin Heydərov ABŞ-ın Azərbaycandakı səfirini qəbul edib - FOTO - VİDEO

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov ABŞ-ın Azərbaycandakı səfirini qəbul edib - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 10 aprel 2015 12:25 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, K. Heydərov səfiri yeni təyinatı münasibətilə təbrik edib, ona diplomatik fəaliyyətində uğurlar arzulayıb.

Görüş zamanı qonağa respublikada fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində görülən işlər, nazirliyin strukturuna daxil olan qurumların fəaliyyəti barədə ətraflı məlumat verilib. Həmçinin, ötən illər ərzində FHN-lə ABŞ-ın fövqəladə halların idarə edilməsi sahəsində müvafiq qurumları arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində görülən işlərin mühüm əhəmiyyət kəsb etdiyi səfirin diqqətinə çatdırılıb.

Öz növbəsində, səfir ölkələrimiz arasında fövqəladə hallarla mübarizə sahəsində aidiyyəti qurumların əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi və inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR