DİN və MSK Şirvanda regional seminar-müşavirə keçirib - FOTO

DİN və MSK Şirvanda regional seminar-müşavirə keçirib - <span style="color: red;">FOTO
# 23 sentyabr 2015 09:52 (UTC +04:00)

Şirvan. Əlibəy Zeynallı - APA. Şirvan şəhər Polis İdarəsində Daxili İşlər Nazirliyi (DİN) və Mərkəzi Seçki Komissiyasının (MSK) birgə təşkilatçılığı ilə seçkilərlə bağlı seminar-məşğələ keçirilib.

APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, tədbirdə Şirvan şəhər Polis İdarəsində DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsi tərəfindən MSK-nın nümayəndələri və dairə seçki komissiyalarının sədrləri, polis orqanlarının xidmət üzrə rəis müavinləri və ictimai təhlükəsizlik üzrə şöbə rəisləri iştirak edir.

18 rayonun polis şöbəsinin rəis müavinlərinin və 28 dairə seçki komissiyası sədrinin iştirak etdiyi seminarda DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinin şöbə müdiri Dilavər Adıgözəlov bildirib ki, noyabrın 1-də keçiriləcək parlament seçkilərində vətəndaşların öz iradəsini sərbəst və azad ifadə etməsi üçün mühüm amillərdən biri ictimai asayişin etibarlı qorunmasıdır. D. Adıgözəlov bu məqsədlə ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin olunması ilə bağlı DİN rəhbərliyi tərəfindən 26 avqust 2015-ci il tarixli xüsusi tədbirlər planının təsdiq edildiyini və icrasının nəzarətə götürüldüyünü bildirib.

Çıxışlarda qeyd olunub ki, seçici kimi səsvermə halları istisna olmaqla, seçki günü polis əməkdaşlarının seçki məntəqəsinə yalnız xüsusi geyim formasında və məntəqə seçki komissiyasının qərarına əsasən ictimai qaydanın bərpa edilməsi məqsədilə gəlməsinə icazə veriləcək. İctimai qaydanı bərpa olunduqdan sonra onlar dərhal məntəqədən uzaqlaşmalıdır.

Seçki bülletenləri saxlanılan dairə və seçki məntəqələrinin mühafizəsinin təşkil edilməsi, səsvermədən əvvəl bülletenlərin MSK-dan dairə seçki komissiyalarına və oradan seçki məntəqələrinə, seçki qurtardıqdan sonra isə seçki məntəqələrindən dairə seçki komissiyalarına və oradan MSK-ya gətirilməsi zamanı mühafizənin təmin edilməsi üçün bütün zəruri tədbirlər görüləcək.


Müşavirədə MSK-nın üzvü İlham Məmmədov və ümumi şöbənin məsləhətçisi Cavid Zeynalov seçki qanunvericiliyi, seçki sistemi, seçki komissiyaları, seçki prosesi, onun mərhələləri və müddətləri barədə polislə birgə işin düzgün qurulması barədə seminar iştirakçılarını məlumatlandırıblar. Seçki komissiyaları və polis orqanlarının birgə fəaliyyətinin əsasları və seçki subyektləri, onların hüquq və vəzifələri izah olunub, fəaliyyətlərinə qanunsuz müdaxilənin yolverilməzliyi qeyd edilib. Seçki prosesi iştirakçılarının hüquqlarının qorunması sahəsində ümumi tələblər barədə çıxışlar olunub.

Tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb, onlara polis əməkdaşlarının Milli Məclisə seçkilərdə iştirakına dair “Yaddaş Kitabçası” paylanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR