Göygöldə iki avtomobil toqquşub, biri yanıb

Göygöldə iki avtomobil toqquşub, biri yanıb
# 13 iyun 2016 11:55 (UTC +04:00)

Göygöl. Azər Məmmədli – APA. Göygöldə iki avtomobil toqquşub, onlardan biri yanıb.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Qızılca kəndi ərazisində baş verib.

Gəncə şəhər sakini, Ceyhun Süleymanovun idarə etdiyi “VAZ 21099” markalı avtomobillə Daşkəsən rayon sakini Fidail Ələsgərovun idarə etdiyi “Niva” markalı avtomobil toqquşub. Qəza zamanı “Niva” avtomobili alışaraq yanıb. Əraziyə Göygöl Yanğından Mühafizə hissəsinin avtomobil və canlı qüvvəsi cəlb edilib. Alov qısa zamanda söndürülüb.

Qəza zamanı “VAZ 21099” sürücüsü yüngül xəsarət alıb, “Niva”nın sürücüsü isə müxtəlif bədən xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yeləşdirilib.

Faktla bağlı Göygöl rayon Polsi Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR