“UnionPay” kartları “Expressbank” bankomatlarında keçərli olacaq

“UnionPay” kartları “Expressbank” bankomatlarında keçərli olacaq
# 20 noyabr 2014 07:07 (UTC +04:00)

Bakı - APA-Economics. “Expressbank”ın bankomat və POS terminallarında, gələn həftədən etibarən emissiya etdiyi kartların sayına görə dünya lideri olan Çinin “UnionPay” kartları ilə əməliyyatlar etmək mümkün olacaq.

Qeyd edək ki, Çinin milli ödəniş sistemi olan “UnionPay” 2002-ci ildə Çinin Xalq Bankı və Dövlət Şurasının təşəbbüsü ilə yaradılıb. 2003-cü ildə bütün dünyada keçərli olan və hamı tərəfindən qəbul olunan standartlara malik “UnionPay” bank kartını təqdim edilib. Hazırda “UnionPay” dünyanın 140-dək ölkəsində işləyir və ümumilikdə 3,5 milyarda yaxın kart emissiya edilib.

“Expressbank” geniş çeşiddə valyuta seçimi ilə (Azərbaycan manatı, ABŞ dolları, avro və Böyük Britaniya funtu) bank kartlarını 1, 2 və ya 3 il müddətinə təklif edir. Hesabda olan məbləği “Expressbank” bankomatlarında nağdlaşdıran zaman heç bir komissiya tutulmur.

“Expressbank” internet vasitəsi ilə onlayn ödənişlər zamanı dələduzluq hallarının qarşısını almaq məqsədi ilə bank kartı istifadəçilərinə “3D Secure” xidmətini təqdim edir. Həmçinin müştərilər “Visa Direct” və “MasterCard MoneySend” xidməti ilə 24 saat ərzində MDB ölkələrinin istənilən bankının kart sahibinə pul göndərə bilərlər.

“Expressbank”ın xidmət şəbəkəsi 17 filialdan ibarətdir. Onlardan 12-si Bakı və Sumqayıt şəhərlərində, 5-i isə ölkənin Gəncə, Mingəçevir, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 80-dək bankomat, 5000-dək POS terminal və 100-dək “ExpressPay” ödəniş terminalı vardır.

Bank xidmətləri barədə ətraflı məlumat üçün 132 Məlumat Mərkəzinə zəng edə, www.expressbank.az saytına və ya bankın rəsmi facebook səhifəsinə www.facebook.com/Expressbank daxil ola bilərsiniz.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR