Ukrayna ilə Avropa İttifaqı arasındakı assosiasiya sazişi ratifikasiya edilib

Ukrayna ilə Avropa İttifaqı arasındakı assosiasiya sazişi ratifikasiya edilib
# 16 sentyabr 2014 12:40 (UTC +04:00)

APA-nın “korrespondent.net” saytına istinadən verdiyi xəbərə görə, qərarı 335 deputat dəstəkləyib. Ukrayna parlamenti ilə eyni anda Avropa Parlamenti də sazişi təsdiqləyib.

Səsvermədən əvvəl parlamentin tribunasından deputatlara müraciət edən Ukrayna prezidenti Petro Poroşenko avrointeqrasiyanın ölkədə milli ideyaya çevrildiyini bildirib: “Bugünkü sinxron ratifikasiya təkcə Ukrayna üçün yox, bütün birləşmiş Avropa üçün bayramdır. Ona görə ki, Ukraynasız vahid Avropa ola bilməz. Mən elə bu zaldaca ratifikasiya sənədinə imza atacağam. Mən hökumətə artıq sabahdan bu sazişin yerinə yetirilməsinə dair planı təsdiqləməyi tapşırıram”.

Qeyd edək ki, sazişin siyasi hissəsi bu il noyabrın 1-dən qüvvəyə minəcək. İqtisadi hissəsinin icrası isə Ukrayna, Rusiya və Avropa Birliyi arasındakı danışıqlar nəticəsində 1 il təxirə salınıb. Bu, Ukrayna və AB-nin Rusiyaya güzəşti kimi qiymətləndirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR