"Bakı 2015"-in Londonda təqdimatı keçiriləcək

"Bakı 2015"-in Londonda təqdimatı keçiriləcək
# 27 aprel 2015 11:50 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Bu gün Londonda "Bakı 2015" Avropa oyunlarının təqdimat mərasimi olacaq.

Gənclər və İdman Nazirliyindən APA-ya verilən xəbərə görə, Londonun məşhur “The Dorchester Hotel” ində baş tutacaq qala gecədə gənclər və idman naziri Azad Rəhimov, Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki, Britaniya Olimpiya Assosiasiyasının rəhbəri Lord Sebastian Coenin çıxışları nəzərdə tutulub.

Təqdimat mərasimi çərçivəsində qonaqlara "Bakı-2015" Avropa Oyunlarına hazırlıqla bağlı video çarx nümayiş olunacaq.

Eyni zamanda qonaqlara konsert proqramı və Azərbaycan tarixini, mədəniyyətini və digər dəyərlərini özündə əks etdirən fotosərgi də təqdim ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR