Binəqədi rayonunun iki küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılır

Binəqədi rayonunun iki küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılır
# 26 may 2015 10:13 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Bakı şəhərində nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yolgöstərici xətlərin yenidən rənglənməsi işləri həyata keçirilir.

Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-dən “APA-Economics”ə verilən məlumata görə, bu gün saat 22:00-dan səhər saatlarınadək Binəqədi rayonu Cəfər Xəndan və Şövkət Məmmədov küçələrində yolun hərəkət hissəsinin üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq.

Bu səbəbdən göstərilən müddət ərzində sözügedən ərazidə nəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR