Gəncədə yeni bulvar salınır

Gəncədə yeni bulvar salınır
# 15 iyul 2014 09:52 (UTC +04:00)

Gəncə. Azər Məmmədli - APA. Gəncədə Gəncəçayının sağ sahilində yeni bulvarın salınması işlərinə başlanılıb.

APA-nın qərb bürosunun məlumatına görə, bu barədə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev məlumat verib.

Onun sözlərinə görə, Gəncəçayın sağ sahili boyunca 2,5 km hissədə bənd vurma işlərinə başlanıb: “Gəncə çayının Mirzə Abbas Abbaszadə küçəsindən Nizami Gəncəvi küçəsinə kimi olan hissəsinin sağ və sol hissələrində bulvar salınır. Sol sahildə artıq 0,5 kilometr hissə istifadəyə verilib. Hazırda sağ sahildə bənd vurma işlərinə başlanılıb. Bu hissədə işlər yekunlaşandan sonra sol sahildə olan bulvar Nizami Gəncəvi küçəsinə kimi uzadılacaq”.

E.Vəliyev deyib ki, nəzərdə tutulan hissədə işlər yekunlaşandan sonra çayın digər hissəsində də bulvar salınacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR