Ombudsman Aparatı ilə UNİCEF arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Ombudsman Aparatı ilə UNİCEF arasında əməkdaşlıq müqaviləsi imzalanıb
# 03 mart 2015 15:00 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova UNİCEF-in ölkəmizdəki nümayəndəliyinin rəhbəri Andro Şilakadzeni qəbul edib.

Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, E. Süleymanova uşaq hüquqları üzrə ombudsmanların Avropa şəbəkəsinin (ENOC) üzvü olduğunu qonağın diqqətinə çatdırıb.

A.Şilakadze Azərbaycan Ombudsmanının əhalinin müxtəlif qruplarının, o cümlədən uşaq hüquqlarının sahəsində zəngin təcrübəyə malik olduğunu vurğulayıb.

Görüşdə Ombudsman təsisatı ilə UNİCEF arasında 2015-ci il üzrə əməkdaşlığa dair ikitərəfli müqavilə imzalanıb. Müvəkkil adıçəkilən beynəlxalq qurumla birgə Ombudsmanın Milli Preventiv Qrupunun, habelə uşaq hüquqlarının müdafiəsi sahəsində çalışan dövlət qurumlarının, hüquq-mühafizə və yerli icra hakimiyyəti orqanlarının ehtiyacların qiymətləndirilməsi və təlimlər vasitəsilə bacarıqlarının artırılmasının, Regional Mərkəzlərin və yerli QHT-lərin bu prosesə cəlb edilməsinin, uşaq hüquqlarının müdafiəsinin monitorinqinin genişləndirilməsinin nəzərdə tutulduğunu bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR