Suriyada döyüşlərdə iştirak etməkdə təqsirləndirilən dəstə üzvlərinin məhkəmə istintaqı yekunlaşıb

Suriyada döyüşlərdə iştirak etməkdə təqsirləndirilən dəstə üzvlərinin məhkəmə istintaqı yekunlaşıb
# 18 may 2015 14:37 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Suriyada döyüşlərdə iştirak etməkdə təqsirləndirilən Tural Həsənov, Elvin Əliyev, Fərid Muradov, Tariyel Mustafayev, Namiq Məmmədov və Ruslan Mustafayevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın məlumatına görə, hakim Ənvər Seyidovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının yekunlaşması barədə qərar qəbul edilib. Daha sonra çıxış etmək üçün söz dövlət ittihamçısına verilib. Lakin prokuror çıxışa hazır olmadığı üçün proses mayın 25-dək təxirə salınıb.

Qeyd edək ki, təqsirləndirilən şəxslər Suriyada terror qruplaşmalarının tərkibində döyüşlərdə iştirak etməkdə təqsirləndirilirlər. Onlar Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşları tərəfindən saxlanılıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR