Naxçıvanda smart kart tipli sayğacların istifadəsinə başlanılıb

Naxçıvanda smart kart tipli sayğacların istifadəsinə başlanılıb
# 12 avqust 2015 16:41 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. Naxçıvan Muxtar Respublikasında smart kart tipli sayğacların istifadəsinə başlanılıb.


“Naxçıvanqaz” İstehsalat Birliyindən “APA-Economics”ə verilən məlumata görə, ilk olaraq Naxçıvan şəhərində 283 evdə bu tip sayğac quraşdırılıb.

İstehlakçılar tərəfindən daxil olan müraciətlərə əsasən, 97 yeni fərdi ev və müxtəlif təyinatlı obyekt qazlaşdırılıb. Təhlükəsizliyin təmin olunması məqsədilə istismarda olan magistral, daşıyıcı, paylayıcı qaz kəmərlərinə və onların üzərində olan kranlara baxış keçirilib, 1999 sızma aşkarlanaraq aradan qaldırılıb və təbii qazın uyğun texnoloji rejimdə nəqli təmin olunub.

İyul ayında abonentlər tərəfindən daxil olan 1658 çağırışa operativ reaksiya verilib və müvafiq tədbirlər görülüb. Bu dövrdə 111 yararsız qaz sayğacı istismardan çıxarılıb və yenisi ilə əvəz edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR