Azərbaycanla bağlı fotoşəkillər Avropanın məşhur sərgisində nümayiş etdiriləcək - FOTO

Azərbaycanla bağlı fotoşəkillər Avropanın məşhur sərgisində nümayiş etdiriləcək - <span style="color: red;">FOTO
# 02 iyul 2015 12:33 (UTC +04:00)

Bakı-APA. Lüksemburqun məşhur fotoqrafı Jak Şneynderin dünyanın bir sıra ölkə, şəhərlər və tanınmış şəxsiyyətlərinin şəkillərinin yer aldığı fotoalbom-kitab işıq üzü görüb.

Azərbaycanın Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğundakı Səfirliyi/Avropa İttifaqı yanında Nümayəndəliyindən APA-ya verilən məlumata görə, fotoalbomda səfir Fuad İsgəndərov tərəfindən Azərbaycan barədə verilmiş qısa məlumat, eləcə də ölkəmizin tarixi, mədəniyyəti, Şirvanşahlar sarayı kimi qədim və Heydər Əliyev Mərkəzi kimi müasir memarlıq abidələri geniş işıqlandırılıb.

Kitabda yer almış fotolar Luksemburqun məhşur Photothèque sərgisində nümayiş etdiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR