Türkiyədə “Beşiktaş” həndbol klubunun avtobusu daş-qalaq olunub - FOTO

Türkiyədə “Beşiktaş” həndbol klubunun avtobusu daş-qalaq olunub - <span style="color: red;">FOTO
# 10 aprel 2015 00:39 (UTC +04:00)

Bakı-APA. Türkiyənin “Beşiktaş” həndbol klubunun avtobusu naməlum şəxslər tərəfindən daş-qalaq olunub. APA-nın məlumatına görə, bu barədə komandanın rəsmi saytında dərc olunmuş məlumatda bildirilir.

Məlumata görə, insident nəticəsində avtobusunun şüşələri qırılıb. Hadisə milli çempionat çərçivəsində “Beşiktaş” – “Mersin” matçı zamanı baş verib. İnsident nəticəsində xəsarət alan olmayıb.

Hücumun rəqib komandanın azarkeşləri tərəfindən törədildiyi ehtimal edilir. Hadisə ilə əlaqədar polis araşdırma aparır.

Qeyd edək ki, bir neçə gün əvvəl “Fənərbağça” futbol klubunun avtobusu hücuma məruz qalıb. Aprelin 4-də axşam “Çaykur Rizəspor”la oyundan sonra İstanbula qayıtmaq üçün Trabzon şəhərinin hava limanına yola düşən “Fənərbağça”nın avtobusu Trabzonun Sürmənə rayonu ərazisində atəşə tutulub. Naməlum şəxs ov tüfəngindən avtobusun sürücüsünə tərəf atəş açaraq qaçıb. Nəticədə sürücü yaralanıb. Hadisədən sonra “Fənərbağça” rəhbərliyi cinayət tam aydınlaşdırılana və günahkarlar tutulana qədər çempionatın oyunlarına çıxmaq istəmədiklərini bəyan edib. TFF Super Liqanın və ölkə kubokunun oyunlarını 1 həftə təxirə salıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR