Siyəzəndə minik maşını su kanalına düşüb, maşında olan 4 nəfərdən 2-si itkin düşüb - VİDEO

Siyəzəndə minik maşını su kanalına düşüb, maşında olan 4 nəfərdən 2-si itkin düşüb - <span style="color: red;">VİDEO
# 29 avqust 2014 07:03 (UTC +04:00)

APA-nın şimal bürosunun məlumatına görə, 1968-ci il təvəllüdlü Siyəzən rayon sakini Babayev Əlövsət Əliiskəndər oğlunun idarə etdiyi 10 DS 525 dövlət nömrə nişanlı “VAZ-2107” markalı avtomobil Taxta körpü su anbarının Ataçay adlanan hissəsində kanala düşüb.

Sürücünün oğlu, 1997-ci il təvəllüdlü Siyəzən şəhər sakini Babayev Əlövsət və 1977-ci il təvəllüdlü Bakı şəhər sakini Əmirov Rəşad Pirəli oğlu kanala düşdükləri yerdən 3 km aralıda sudan çıxa bilib.

Maşının sürücüsü və 1986-cı il təvəllüdlü sərnişin, Bakı şəhər sakini Şirinov Əlikişi Zikrət oğlunun axtarışları isə davam etdirilir. Əraziyə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub. Kanalın suyu qurudulub, axtarış tədbirləri davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR