Avropa Oyunları ilə əlaqədar Bakıda mehmanxana işçiləri üçün təlimlər keçiriləcək

Avropa Oyunları ilə əlaqədar Bakıda mehmanxana işçiləri üçün təlimlər keçiriləcək
# 25 mart 2015 14:43 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi aprelin 6-dan 13-dək Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi ilə əməkdaşlıq çərçivəsində ölkənin turizm potensiallı şəhər və rayonlarında fəaliyyət göstərən mehmanxana və mehmanxana tipli obyektlərdə çalışanlar üçün təlim-tədris kursları təşkil edəcək.


Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, I Avropa Oyunlarının keçiriləcəyini və xidmət səviyyəsini günün tələbləri səviyyəsində qurulmasının vacibliyini nəzərə alaraq kurslarda əsasən 5 sahə - idarəçilərin təlimçi olaraq hazırlanması, qeyd-qəbul, xadiməçilik, masa xidməti və yeməklərin hazırlanması ixtisasları üzrə dərsləri Türkiyədən dəvət olunmuş müəllim heyəti tədris edəcək.

Təlimlər Bakı Turizm Peşə Məktəbində keçirəcək və aprel ayının 13-də kurslarda iştirak edəcək dinləyicilərə sertifikatların verilməsi ilə başa çatacaq.

Nazirlikdən bildiriblər ki, bu istiqamətdə treninqlər paytaxtda fəaliyyət göstərən mehmanxana və ona bərabər tutulan yerləşdirmə obyektlərində xidmət səviyyəsinin yüksəldilməsinə və turizmin inkişafına öz töhfəsini verəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR